Fido HR Solutions

Fido HR Solutions

«FIDO HR SOLUTIONS» MMC – korporasiyaların tələbatını ödəmək məqsədilə, konsaltinq xidmətləri göstərmək üçün 2014-cü ildə yaradılmış peşəkar şirkətdir. Biz insan resursları şöbəsinin idarəsində istifadə olunan rekrutinq, işə qəbul və təlim, eləcə də, əməyin ödənilməsi, audit, konsaltinq və digər xidmətlər də daxil  olmaqla, kompleks xidmətlər təklif  edirik. Sizə uğurlu idarəetmə üçün tam xidmətlərdən ibarət kompleks və ya yaxud bir neçə  xidmət lazım olmasından asılı olmayaraq, Fido Group şirkətinizin daha səmərəli fəaliyyətinə yardımçı olacaq resurs və  kadrlar təqdim edir. İnsan resursları və insan kapitalı ilə bağlı strateji hədəflərin işlənib hazırlanması və qabaqcıl təcrübələrin tətbiqi hesabına maksimum səmərəliliyin təmin edilməsi bizimlə əməkdaşlığın verdiyi faydalardır. Namizədlərin keyfiyyəti, iş qrafiki barədə tələb və gözləntilərinizin təmin edilməsi, eləcə də seçim prosesində müştərinin vaxt itkisinin minimuma endirilməsi məqsədilə İR xidmətlərinin müştəriyə uyğun tərtib olunması bizim xidmətimizin üstünlüyüdür.

Şirkətimiz aşağıdakı sahələrdə yüksək keyfiyyətli xidmətlər təqdim edir:

  • İnsan resurslarının idarə olunması
  • İşçi heyətin seçilməsi/Rəhbər işçilərin seçilməsi
  • İnsan resurslarının auditi
  • Əmək haqqı ödənişinin idarə edilməsi
  • Konsaltinq
  • Təlim və qiymətləndirmə
  • İşçi heyətinin kənardan cəlb olunması/ autsorsinq
  • Miqrasiya ilə bağlı məsələlərin həlli

 

XİDMƏTLƏRİMİZ

Şirkətimiz aşağıdakı sahələrdə İR xidmətlərinin kənardan təmin edilməsində sizin dəyərli tərəfdaşınız ola bilər:

İnsan resurslarının idarə edilməsi
Vakansiya üçün namizədlərin seçilməsi, müştərinin şirkətində çalışan insanların idarə edilməsi və düzgün istiqamətləndirilməsi İR idarə edilməsinə aid olan məsələlərdir. İnsan resurslarının idarə edilməsinin məqsədi əməkdaşların səmərəliliyinin optimallaşdırılması hesabına təşkilatın məhsuldarlığını maksimum səviyyəyə çatdırmaqdır.

İnsan resurslarının idarə edilməsinin əhatə etdiyi fəaliyyətlər bunlardır: vakansiya üçün namizədlərin seçilməsi, işdən ayrılma zamanı müsahibələr, işçilərin həvəsləndirilməsi, təyinatların müəyyən edilməsi, əmək qanunvericiliyinə riayət olunması, iş fəaliyyətinin icmalı, təlim, peşəkar inkişaf və vasitəçilik.

İşçi heyətin seçilməsi/Rəhbər işçilərin seçilməsi
İşəgötürmə (işə qəbul) hər bir İR-agentliyinin əsas funksiyasıdır. Bura bir sıra tədbirlər habelə, namizədlərin seçilməsi, müsahibələr, məlumatların və tövsiyələrin  yoxlanılması və s. daxildir. Bilik və bacarıqları  hədəflərinə yönəlmiş əməkdaşların işə götürülməsi hərtərəfli və səmərəli kollektivin inkişafı üçün həlledici əhəmiyyətə malikdir.

Rəhbər işçilərin cəlb edilməsi - şirkət daxilində müxtəlif yüksək səviyyəli idarəetmə vəzifələri üçün potensial namizədlərin axtarışı prosesidir. Biz yalnız namizədlərin tapılması ilə deyil, eləcə də əmək haqqına dair danışıqlar aparılmasında, bazar tədqiqatında, müsahibələrin  planlanması və koordinasiyasında, namizədlərin ilkin seçimində və s. məsələlərdə müştəriyə daim köməklik göstəririk.

İnsan resurslarının auditi
İR auditi idarəetmədə mühüm əhəmiyyətə malik nəzarət xidmətidir. İnsan resursları auditi İR  idarə edilməsində səmərəliliyin qiymətləndirilməsi üçün strategiya və siyasətin, üsullar və sənədləşmənin, struktur və sistemlərin, habelə təcrübənin nəzərdən keçirildiyi formal prosesdir. Bir qayda olaraq, bu üsullar hesabat tərtibi üçün müvafiq sənədlərin, qeydlərin və İR proqram təminatı məlumatlarının təhlilini əhatə edir. Bu hesabatdan təkmilləşdirmə üçün tövsiyələrin hazırlanması məqsədilə istifadə olunur.

Əmək haqqı ödənişinin idarə edilməsi
Aylıq və illik əmək haqqlarının dəqiq və səmərəli şəkildə idarə edilməsi sahəsində təklif etdiyimiz xidmətlər müştərimizə vaxta qənaət etməkdə kömək edir və işçilər qarşısında maliyyə öhdəliklərinin icrasını daha asanlaşdırır. Biz əmək haqqı ödənişlərinin idarə edilməsini həyata keçirdərək məzuniyyət və xəstəliklə bağlı ödənişlərin hesablanması, ödəniş sənədlərinin hazırlanması və digər xidmətlər də daxil olmaqla şirkətinizin biznesinə aid bütün ödəmələrin dəqiq və vaxtında həyata keçirilməsini təmin edirik.

Konsaltinq
Konsaltinq xidmətinə  - İR işçi heyətin  işə qəbulu, mövcud İR üzrə işçi heyəti  ilə fərdi  söhbətlər,  həmçinin səmərəliliyin yüksəldilməsi üçün insan resursları şöbəsinin yenidən qurulmasına yardım edən müxtəlif fəaliyyət sahələrindən ibarət mütəxəssis məsləhətləri daxildir. İR-konsaltinq şirkətinizin uğurunda mühüm rol oynayır. Bu sahədə faəliyyətimizin əsas istiqamətləri işçilərin idarə edilməsi, habelə gəlir, təzminat, təqaüd və çeviklilik kimi məsələlərdir.

Personalın təlimi və qiymətləndirilməsi
Xidmətimiz personalın inkişaf sahələrinin müəyyən edilməsində şirkətə dəstək verilməsi ilə yanaşı, texniki biliklərin, habelə müxtəlif əqli vərdişlərin yaxşılaşdırılmasına yönəlmiş xüsusi təlimlərin təşkilindən ibarətdir.

İşçi heyətinin kənardan cəlb olunması/ autsorsinq
Biz sizi istənilən fəaliyyət sahəsi üçün ixtisaslı işçilərlə təmin edirik. Bu xidmət, yüksək xərc tələb edən sahələrdə şirkətinizin məsuliyyətini və kadrların işə qəbulu zamanı yarana biləcək hər hansı maliyyə, yaxud hüquqi riskləri minimuma endirməklə biznes məqsədlərinizə çatmağa imkan yaradır.

Miqrasiya ilə bağlı məsələlərinin həlli
Miqrasiya məsələlərinin idarə edilməsi xidməti xarici ölkə vətəndaşı  olan işçilərlə bağlı məsələləri, Azərbaycan vizasının əldə edilməsi, tibbi baxışın təşkili, yaşayış yerlərində qeydiyyat, xarici ölkə diplomlarının təsdiqlənməsi və əcnəbi işçilərin müvafiq qeydiyyatı üçün bütün digər mühüm prosedurları əhatə edir.

Comments are closed.